Azərbaycanda qızıl hasilatının həcmi 3.5% azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində 2 876.8 kiloqram həcmində qiymətli metal filiz olan qızıl hasil edib.
Bu 2020-ci ilin ilk 9 ayında 2 982 kq təşkil edirdi. Buda öncəki illə müqayisədə 4.5% azalma idi.
Gümüş hasilatı isə 3 958 kq təşkil etməklə, 2020-ci ilin eyni dövründən 8.6% çox deməkdir. Öncəki ilin müvafiq dövründə 3 645.5 kq qızıl hasil edilmişdi.