2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkəti tərəfindən 580,501 milyon manat məbləğində sığorta haqqı toplanılıb ki, bu da 10% çoxdur.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 241,128 milyon manat təşkil edib ki, illik müqayisədə 20% azdır.