2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın strateji valyuta ehtiyatları $54.2 mlrd.-a çatıb

Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarının cari və ortamüddətli dövr üzrə tarazlığını dəstəkləyir.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi bankından məlumat daxil olub.

Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnoz yüksəldilmə istiqamətində təshih edilmişdir. Bu təshih ilin ötən dövründə xarici sektor göstəricilərinin dinamikası, habelə əsas ixrac məhsullarının faktiki və proqnozlaşdırılan qiyməti nəzərə alınmaqla aparılmışdır. Belə ki, I rübdə cari əməliyyatlar balansında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil etmişdir. Beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcəkdir. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur.

Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 mlrd. ABŞ dollarına yüksəlmişdir.

Xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 mln. ABŞ dollar, tələb isə 288 mln. ABŞ dolları təşkil etmişdir. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələmişdir.

Son xəbərlər
Digər xəbərlər