Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansında 1,19 mlrd. ABŞ dolları həcmində kəsir əmələ gəlib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərə görə, bu, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 9 dəfəyə yaxın azdır.
Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansı 9,14 mlrd. dollarlıq kəsirlə tamamlanıb.
Qeyd edək ki, cari ilin I rübündə tədiyyə balansında 1,27 mlrd. dollarlıq kəsir, II rübündə 18 mln. dollarlıq profisit, III rübdə isə 63 mln. dollarlıq profisit yaranıb. Bununla da, tədiyyə balansında ardıcıl olaraq iki rüb profisit müşahidə olunur.