Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 402.2 milyon manat olub.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.8 faiz artmış olub.
Dövr ərzində tikinti şüşəsi istehsalı illik müqayisədə 29.7% artımla 3 mln. 923.7 min kv. metr, sement klinkerləri, 6.3% artımla 1 mln. 432.3 min ton, sement 0.1% artımla 1 mln. 413.9 min ton təşkil etdiyi halda, tikinti kərpiclərinin istehsalı 18.5% azalmaqla 228.2 min kub-m təşkil edib.
Həmin dövrdə tikinti gipsinin istehsalı 2.2 dəfə, əhəng istehsalı 56.2%, beton istehsalı isə 21.7% artmışdır.
Tikinti materiallarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar | |||
Məhsul növləri | 2023-cü ilin yanvar-may aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Tikinti şüşəsi, min kv. metr | 3,923.70 | 129.70 | 2,299.30 |
Tikinti kərpicləri, min kub metr | 228.20 | 81.50 | 1.00 |
Sement klinkerləri, min ton | 1,432.30 | 106.30 | 343.90 |
Sement, min ton | 1,413.90 | 100.10 | 91.40 |
Əhəng, min ton | 25.30 | 156.20 | 3.80 |
Gips məmulatlar, min ton | 44.80 | 195.60 | 6.60 |
ondan: | |||
tikinti gipsi, min ton | 28.20 | 2.2 d. | 1.70 |
Sementdən, betondan kərpiclər və oxşar məmulatlar, min ton | 18.60 | 29.70 | 7.40 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr | 11.10 | 62.40 | 3.40 |
Beton, min ton | 1,445.00 | 121.70 | – |
Asfalt, min ton | 24.90 | 77.10 | 0.30 |