Azərbaycanın “Azvirt” tikinti şirkəti Serbiyanın şimalında dəyəri 467,5 milyon avro olan Ruma-Loznitsa magistral avtomobil yolunun inşasına başlayıb.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, layihə Ruma ilə Sabaçıni birləşdirən 21 km-lik avtomobil yolunu, Sava çayı üzərində 1,3 km-lik körpünün və Sabaç- Loznitsa arasındakı 55 km uzunluğunda olan avtomobil youlunun inşasını nəzərdə tutur.
Qeyd edək ki, Serbiya hökuməti noyabr ayında “Azvirt” şirkəti ilə Ruma-Loznitsa avtomobil yolunun tikintisi ilə bağlı müqavilə imzalayıb.
Müqaviləyə görə, Ruma-Sabaç avtomobil yolu üç ildən sonra, Sabaç-Loznitsa avtomobil yolu isə 2023-cü ilin sonunda başa çatacaq.
Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında Azərbaycan hökuməti layihənin həyata keçirilməsini dəstəkləmək üçün Serbiyaya 210 milyon avro kredit ayırmışdı.
©Report