6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın valyuta ehtiyatları 66 milyard dollara çatıb

Ölkəmizin strateji valyuta ehtiyatları 12% artaraq 66 mlrd dollara çatıb.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın da valyuta ehtiyatları 2.2% artaraq 9.2 mlrd dollar olub: “Bank sektoru 45.6 mlrd. manat aktivlərdən ibarətdir. Kredit portfelimiz 4% artaraq, 20 mlrd. manata çatıb. Fiziki və hüquqi şəxslərin depozit bazası 5%-dən artıq artım göstərib. Aprel ayında kredit portfelinin keyfiyyəti 3.7%-ə düşüb”.

 

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər