Azərbaycanın xaricə satdığı azot gübrəsi 47% bahalaşıb

2026-cı ilin yanvar-may aylarında Azərbaycan 124 min ton azot gübrələri (karbamid) ixrac edib. İxracın dəyəri 53,5 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 54%, dəyəri isə 32,2% azalıb. Banker.az xəbər verir ki, 2025-ci ilin ilk beş ayında ölkə 269,4 min ton məhsul ixracından 78,9 milyon dollar gəlir əldə etmişdi.

Bununla belə, ixrac qiymətlərində artım müşahidə olunub. Hesablamalara əsasən, 2026-cı ilin ilk beş ayında karbamidin orta ixrac qiyməti 431 ABŞ dolları/ton olub. Bu göstərici ötən ilin eyni dövründəki 293 ABŞ dolları/ton ilə müqayisədə 47,2% yüksəkdir.

Azərbaycanın ən böyük ixrac bazarı əvvəlki kimi Ukrayna olub. Hesabat dövründə bu ölkəyə 85,7 min ton karbamid ixrac edilib ki, bu da ümumi ixracın təxminən 69%-ni təşkil edib. Bunun dəyəri 35,3 milyon ABŞ dolları olub. Bununla belə, Ukraynaya ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 54,4% azalıb.

İkinci ən böyük bazar Hindistan olub. Bu ölkəyə 14,2 min ton məhsul ixrac edilib və ixracın dəyəri 9,0 milyon dollar təşkil edib. Maraqlıdır ki, Hindistan ötən ilin ilk beş ayında Azərbaycan karbamidinin alıcıları sırasında yer almırdı. Əvəzində 2025-ci ildə əsas bazarlar sırasında olan Kanada (44,2 min ton), Argentina (22,4 min ton) və Uruqvay (5 min ton) kimi ölkələrə ixrac dayanıb.

Rumıniyaya ixrac isə əksinə artıb. Bu ölkəyə göndərilən məhsulun həcmi 5,1 min tondan 10,6 min tona yüksələrək 108% artıb. Türkiyəyə ixrac 26%, Gürcüstana isə 27% azalıb.

Ölkələr üzrə karbamid ixracındakı dəyişikliklər (illik müqayisə)

Ölkə 2025 (ton) 2026 (ton) Dəyişiklik
Ukrayna 188 150,65 85 740,95 -54,4%
Hindistan 14 244,35 Yeni
Rumıniya 5 072,05 10 570,30 +108,4%
CAR 3 330,00 Yeni
İsrail 2 998,80 Yeni
Böyük Britaniya 2 672,00 Yeni
Türkiyə 3 960,00 2 930,40 -26,0%
Yunanıstan 1 020,10 Yeni
Gürcüstan 592,61 433,20 -26,9%
Qazaxıstan 65,55 Yeni
İtaliya 22,50 Yeni
Kanada 44 249,45 İxrac dayanıb
Argentina 22 407,75 İxrac dayanıb
Uruqvay 5 009,75 İxrac dayanıb
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər