Azərbaycan 2021-ci ilin yanvar-may aylarında xaricə ixrac etdiyi avtomobil mühərriki üçün nəzərdə tutulan Aİ-92 benzinin ixrac həcmini açıqlayıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, 2021-ci ilin ilk 5 ayə ərzində 35.55 mln. litr həcmində benzin ixrac edib. Bu il benzini 3 dəfə baha satır.
Bunun da ixrac dəyəri 13.3 mln. ABŞ dolları təşkil edib.
İxrac edilmiş benzinin hər litrinin qiyməti 0.37 dollar (0.63 manata) təşkil edib.
Öncəki ilin eyni ayında 28.36 mln. litr həcmində benzin ixrac edilmişdi, buna görə, ölkəyə 3.33 mln. dollar vəsait daxil olmuşdur. Öncəki ildə isə bu məhsulun hər litri ortalama 0.12 dollara (0.20 manat) başa gəlmişdi.