9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın xaricə satdığı təbii qaz bahalaşıb – $3 mlrd. gəlir!

2021-ci ilin bitməsinə iki ay qalmış məlum olur ki, Azərbaycanın təbii qaz satışlarından gəliri 2 mlrd. 951.45 mln. dollar olub.

Bu barədə Banker.az-a Dövlət Gömrük Komitəsindən bildirilir.

Komitənin açıqlamasına görə, 2021-ci ilin ilk 10 ayında bu qədər valyutanı əldə etmək üçün, ölkədən xaricə 14.93 mlrd. kub-metrlik təbii qaz ixrac etmişdir.

Azərbaycan qaz ixracının həcmini 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33%, ixrac dəyərini isə 44% artırmışdır.

Bu da o deməkdir ki, ölkədə xaricə satılan qazın qiymətində bahalaşma olması ixracdan gəlirləri daha böyük fərqlə artırır. Məsələn, ötən ilin ilk on ayında Azərbaycan xaricə təbii qazın hər kub metrini $0.18-ə satdığı halda, cari ilinin müvafiq dövründə $0.20 ilə satıb, yəni 0.02 baha.

0.02 $/kub-metr kiçik bir artım kimi qeyd olunsa da, ölkəyə bu bahalaşmaya görə, $298.54 həcmində əlavə valyuta əldə etmiş olur.23213

Son xəbərlər
Digər xəbərlər