Azərbaycan Respublikası ərazisinə 114 314 ton 95-dən az olan oktan olan mühərrik benzinləri (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan) idxal edilib. Bu da 77,25 milyon ABŞ dollarında bu növ məhsula xərc çəkilməsi deməkdir.
Banker.az-ın AzStatKom-dan əldə etdiyi məlumata görə, ölkəyə idxal edilən benzinin həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə 57,5% daha çox miqdarda benzinin idxal olunması deməkdir.
İdxal olunan benzinin 96,5%-i, yəni, 110 143 tonu Rusiya Federasiyasından olub ki, bu da 7463 mln. dollarlıq idxal deməkdir.
Digər maraqlı bir məqam isə idxal olunan benzinin dəyəri 2018-ci il ərzində bir litiri üzrə 0,81 ABŞ dolları təşkil etdiyi halda, 2019-cu il ərzində bu göstərici $0,67-a (həmin müddətki məzənnə ilə 1,14 AZN) qədər azlıb.
Lakin, ölkəyə gətirilən 95 oktanlı, “Premium”markalı mühərrik benzinin həcmi isə, əksinə 7%-ə yaxın azalmaqla cəmi həcmi 53 796 ton təşkil edib. Bu idxal olunan benzinin isə ümumi dəyəri isə 40,66 mln. manat təşkil edib.
Rəsmi məlumata əsasən bu mühərrik yanacağının 2018-ci ildə ortalama dəyəri 1,31 manat/litr təşkil etdiyi halda, 2019-cu il ərzində 1,32 manat/litr-i ötmüşdür.
Qeyd edilən dövürdə ölkədən demək olar ki, xaricə heç bir benzin məhsulu ixrac olunmamışdır. Halbu ki, 2018-ci il ərzində oktanı 98 ədəddən çox olan 6,6 tonluq benzinin ixrac olunduğu göstərilirdi.