Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 14,449milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur.
5 aylıq xarici ticarət dövriyyəsinin 8,615 milyard dolları ixracın, 5,834 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 16,9%, idxal isə 51,3% artıb.
Son nəticədə xarici ticarətdə 2,78 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 20,9% azdır.