10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanla BƏƏ arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bir sıra sənədlər imzalanıb.

İmzalanma mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbulundan sonra baş tutub.

Mərasim çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ investisiya naziri Məhəmməd Həssən Əl Suveydi Azərbaycan İnvestisiya Holdinqi və Abu Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşmasını imzalayıblar.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və BƏƏ investisiya naziri Məhəmməd Həssən Əl Suveydi Azərbaycan qurumlar arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalayıblar.

0a518fc0 a55c 3f97 89b5 716b1c3963c0

MənbəReport
Son xəbərlər
Digər xəbərlər