22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanla MDB arasında təyyarə ilə bir gedişin qiyməti 1300 manata yaxınlaşdı

Azərbaycanla MDB ölkələri arasında təyyarə ilə gediş haqlarının qiyməti yenidən bahalaşmaqla tarixi rekord qırıb. Söhbət 1 sentyabra olan göstəricilərdən gedir.

Banker.az xəbər verir ki, bu ölkələrlə Azərbaycan arasında ortastatistik hər gedişin qiyməti 1 279 manat olub. Bu isə son ayda 9.5% bahalaşma deməkdir.

Azərbaycanda ilin əvvəli MDB ilə hər gedişin qiyməti 817 manat idi. Növbəti aylarda ölkələr arasında gediş-gəlişin bərpasından sonra qiymətlər rekord qiymətdə bahalaşmaqla iyunun 1-ə 1 254 manat olmuşdu.

Bahalaşma MDB istisna digər xarici ölkələr arasında da müşahidə edilməkdədir. Hava nəqliyyatı ilə 1 sentyabr 2021-ci il tarixinə bir gedişin qiyməti 756 manat olmuş, bu da son ayda 4.4% artım deməkdir. Qeyd edək ki, xaricə təyyarə ilə bir gedişin qiyməti ilin əvvəli 759 manat idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər