17 C
Baku
Sunday, May 5, 2024

Azərbaycanla Özbəkistan kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə yol xəritəsi imzalayıb

Azərbaycanla Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə yol xəritəsi imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sənəd Daşkənddə keçirilən Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində imzalanıb.

Yol xəritəsində iki ölkənin aqrar sığorta sistemi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması və digər məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Nazirlər Toplantısının keçirilməsində məqsəd iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını müzakirə etməkdir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər