Azərbaycanla Pakistan arasında qeyri-müntəzəm təyyarə reysləri həyata keçiriləcək.
Bu barədə Türkiyə Sahibkarlar və Sənayeçilər Dərnəyinin (TUMSIAD) Pakistan ofisinin rəhbəri Çundari Anis İqbal aprelin 11-13-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Pakistan sərgisinə həsr olunan mətbuat konfransında deyib.
“Danışıqların yekun mərhələsindəyik. Həm “Azərbaycan Hava Yolları” QSC (AZAL), həm də Pakistan hökuməti razılıq verib. Bəzi təfərrütları razılaşdırmaq üçün bir görüş də keçirməliyik”, – deyən iş adamları birliyinin rəhbəri son vaxtlar Azərbaycana Pakistandan turist axınının artdığını, ötən il sayı 22 minə çatan pakistanlı turistlərin bu il 32 min olacağını gözlədiklərini diqqətə çatdırıb.
© Report