10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanla qonşu ölkələrdə koronavirusdan ölüm hallarının artım faizi – SİYAHI

Artıq bir neçə aydır dünyada koronavirusa yoluxanların və pandemiya qurbanlarını sayı artır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), habelə ayrı-ayrı ölkələrin müvafiq dövlət qurumlarının, rəsmi orqanlarının məlumatları belə deməyə əsas verir.

Qeyd edilir ki, koronavirusa yoluxanların ümumi sayı 1 milyon 447 min nəfəri ötüb. Xəstəlikdən ölənlərin sayı isə 83,4 minə çatıb.

Banker.az açıqlanan statistikaya əsasən, Azərbaycanla qonşu ölkələrdə ölüm sayını müqayisə edib.

Bildiyimiz ki, ən sürətlə virusa yoluxma və ölüm halı İranda qeydə alınıb. Son vaxtlar COVID-19 infeksiyasına ən çox məhz bu ölkənin vətəndaşları yoluxurlar. İranda indiyədək 62,589 min nəfər koronavirusa yoluxub və 3,872 nəfər isə ölüb.

Ən çox virusa yoluxma və ölüm halı olan digər ölkə isə Türkiyədədir. Ümumilikdə, ölüm sayını virusa yoluxanların sayına nisbətini götürsək, bu ölkədə ölüm halı yoluxanların yalnız 2%-ni təşkil edir. Belə ki, Türkiyədə 34,109 nəfərdə koronavirus yoluxma və 725 nəfərdə isə ölüm qeydə alınıb.

Koronavirusun yayılması səbəbindən ölüm və yoluxma hallarında artım olduğu qonşu ölkələrdən biri də Rusiyadır. Bu ölkədə koronavirusdan 58 nəfər ölüb, 7,497 nəfər isə yeni virusa yoluxub. Rusiyada ölənlərin sayı yoluxanların sayının çox az faizini təşkil edir.

Koronavirusa yoluxma hallarının yayıldığı ölkələr arasında Ermənistanın da adı var. Ermənistanda statistikaya görə, 853 nəfər virusa yoluxub və 8 nəfər isə virusan ölüb.

Gürcüstanda isə koronavirusa yoluxanların sayı 196 nəfərdir. Bu ölkədə pandemiyadan 3 nəfər ölüb.

Bildirək ki, Azərbaycanda bu günədək 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.

olke 5

Son xəbərlər
Digər xəbərlər