Bu ilin əvvəlindən Azərbaycanla Rusiya arasında dəmir yolu ilə 6,6 mln. ton yük daşınıb.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.