2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanlı iş adamı İskəndər Xəlilova qarşı iddialar boşa çıxdı

Türkiyədə turizm üzrə populyar olan “Desgin Plus” şirkətinin sahibi Erdal Danyalın ailəsi Azərbaycan əsilli iş adamı, “ISR Holding”in təsisçisi İskəndər Xəlilova qarşı şikayətini geri götürüb. Xəlilov tərəfi də bununla bağlı açıqlama verərək iş adamına qarşı iddianın əsassız olduğunu bildirib.

Banker.az “Sabah” qəzetinin 16 sentyabr tarixli buraxılışına istinadla xəbər verir ki,  iddiaçı tərəf şikayətini geri götürüb.

Qəzet yazır ki, Erdal Danyal – “Designe Plus”un sahibi 2022-ci ilin mayında vəfat edib. İndi Danyalın ortağı olduğu şirkətin səhmləri həyat yoldaşı Filiz Danyala və qızı Ayşe Danyala məxsusdur. Şirkətin digər ortağı isə məşhur iş adamı İskəndər Xəlilov olub. İ.Xəlilov həm də “Mra Turizm”in təsisçisi və idarə heyətinin sədri olub. Danyal ailəsi iddia qaldıraraq bildirmişdilər ki, “Desing Plus”un “Mra Turism”dən 4 milyon lirə  alacağı olub. Pulunu geri almaq istəyən “Desing Plus”un nümayəndələri məhkəməyə üz tutub. Qarşı tərəf isə məhkəməyə etiraz edərək, öz aralarında razılaşdıqlarını bildirib.

Qeyd edilir ki, Prokurorluğun başlatdığı istintaqda Xəlilovun ifadəsi alınıb. İş adamı ifadəsində bildirib ki, onun özünə məxsus bir çox şirkətləri var, həmin şirkətlərin idarəçiliyi peşəkarlar tərəfindən həyata keçirilir və şikayət predmeti olan hadisə onun şirkətləri ilə bağlı deyil.

Danyal ailəsi istintaq davam edərkən iş adamı ilə bağlı şikayətlərini geri götürüb və beləliklə, prokurorluq istintaqı cinayət təqibindən imtina qərarı ilə yekunlaşdırıb.

XƏLİLOV TƏRƏF BUNA NƏ DEYİR?

İsgəndər Xəlilovun vəkili Umut Görceyiz açıqlamasında deyib: “İş adamı, eləcə də müvəkkilim Xəlilov İsgəndər haqqında “Sabah” qəzetinin 15 sentyabr 2022-ci il tarixli sayında oxucuları çaşdıran yalan məlumatlar yayılır. Müvəkkilim şəxsi hüquqlarının pozulması ilə bağlı hüquqi proseduralara başlayıb. Bu yalan məlumatlara istinad etmək və ya inanmaq olmaz. Biz ictimaiyyətə bildiririk ki, aidiyyəti şəxslərlə bağlı məhkəmə prosesi artıq başlayıb”.

“Sabah” qəzeti: https://www.sabah.com.tr/yasam/azeri-is-adami-aklandi-o-iddialar-bos-cikti-6160420

Son xəbərlər
Digər xəbərlər