8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanlı milyarderin yerli şirkəti səhmdarlarına dividend verəcək

Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq 28 oktyabr 2019-cu il saat 12.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda “AzNar” QSC-nin inzibati binasında baş tutacaq.

Növbədənkənar ümumi yığıncağın gündəliyinə Teymur Əhmədov adına “AzNar” QSC-nin 2018-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi haqqında, səhmdarlarının ümumi yığıncağı haqqında əsasnamə barədə, direktorlar şurası haqqında əsasnamə barədə, icra orqanı haqqında əsasnamə barədə, “AzNar” QSC-nin təsisçiliyi ilə yaradılmış hüquqi şəxs “Kənd” MMC barədə, “AzNar” QSCnin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi haqqında, “AzNar” QSCnin direktorlar şurası haqqında məsələlər daxildir.

Son xəbərlər
Digər xəbərlər