Azərbaycanda ötən il POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 527 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 131 mln. manat və ya 33,1% çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankdan (AMB) xəbər verilib.
Hesabata əsasən, ATM-lər vasitəsi nağdsız ödənişlərin həcmi 329 mln. manata çatıb və illik müqayisədə bu göstərici 9 mln. manat və ya 2,7% azalıb.
Beləliklə, 2016-cı il ərzində bankomat və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin ümumi həcmi illik müqayisədə 122 mln. manat və ya 16,6% artaraq 856 mln. manata çatıb.