“Azərenerji”nin iki strateji enerji layihəsinin podratçıları müəyyənləşib

“Azərenerji” ASC Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatı üzrə 110 kV-luq elektrik verilişi xəttinin (EVX) tikintisi və elektrikquraşdırma işləri ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

Banker.az xəbər verir ki, müsabiqənin qalibi “Azərelektrik Tikinti Quraşdırma” MMC seçilib.

Tender Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatının təmin edilməsi məqsədilə 110 kV-luq elektrik verilişi xəttinin tikintisi və elektrikquraşdırma işlərini əhatə edir.

Müsabiqənin ehtimal olunan dəyəri 22 milyon 114 min 969 manat təşkil edib.

Bundan başqa, “Azərenerji” ASC mövcud 220/10/10 kV-luq Qəbələ yarımstansiyasının 220/110/10 kV-luq yarımstansiyaya çevrilməklə yenidən qurulması işləri üzrə də tenderi yekunlaşdırıb.

Bu müsabiqənin qalibi “AzConstruction” QSC olub. Layihənin ehtimal olunan dəyəri isə 22 milyon 771 min 995 manat müəyyən edilib.

Beləliklə, “Azərenerji” ASC-nin yekunlaşdırdığı hər iki iri enerji infrastrukturu layihəsinin ümumi ehtimal olunan dəyəri 44,9 milyon manata yaxındır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər