12 C
Baku
Wednesday, December 11, 2024

Azəri-Çıraq-Günəşlidə I rübdə gündəlik neft hasilatı 339 min barelə düşüb – BP Azerbaijan

2024-cü ilin ilk üç ayında Azəri-Çıraq-Günəşlidən (AÇG) gündə orta hesabla 339 000 barel neft çıxarılıb. Bu keçən ilin son rübündə gündə orta hesabla 363 000 barel neft hasil edilməkdə idi.

Banker.az xəbər verir ki, bu barədə operator “BP Azerbaijan” məlumat yayıb.

Ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton olub.

Cari ilin ilk rübündə Çıraq (21 000), Mərkəzi Azəri (92 000), Qərbi Azəri (79 000), Şərqi Azəri (53 000), Dərinsulu Günəşli (63 000) və Qərbi Çıraq (31 000) platformalarından birlikdə xam neft çıxarılıb.

Ötən ilin müvafiq dövründə isə AÇG-dən ümumi hasilat – Çıraq (24 100), Mərkəzi Azəri (100 000), Qərbi Azəri (93 300), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (69 400) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 386 000 barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub.

2024-cü ilin I rübünün sonunda AÇG-də ümumilikdə 139 neft hasilatı quyusu, 43 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

ARDNF 2024-cü ilin ilk rübü isə bildimişdi ki, bu yataqdan 1 mlrd. 447.8 mln. ABŞ dolları gəlir əldə edib. Məsələn, öncəki ilin müvafiq dövründə ARDNF-in bu yataqdan gəlirləri 2 mlrd. 044 mln. dollar idi.

Son xəbərlər
Digər xəbərlər