-1 C
Baku
Sunday, December 15, 2024

“Azəriqaz” sədri: Sayğacların ödənişlə satılması ciddi pozuntudur

Yeni tikilən binalarda MTK-lar tərəfindən kommunal sayğaclara görə vətəndaşlardan ödəniş tələb olunur. Ödənişin məbləği bir sayğaca görə 300-400 manat civarında dəyişir. Bir sıra hallarda kommunal sayğaclara görə ödənişin edilməsi üçün vətəndaşlara süni maneələr yaradılır.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, qaz sayğaclarına görə hər hansı ödəniş tələb olunması istehlakçı hüquqlarının pozulmasıdır: “MTK və vətəndaş arasında bağlanan müqaviləyə görə bütün kommunal xidmətləri MTK-lar özü icra etməlidir. Artıq gələn aydan məcbur olub MTK-lara verilən sayğacların üzərinə, “sayğac ödənişsizdir” möhürünü vuracığıq. Əvvəllər vətəndaşlar ciddi problemlərlə üz-üzə qalırdılar. Sayğacların kartını MTK-lar özlərində saxlayırdılar. İndiki vəziyyətdə bu halların olmasına yol verilmir. Hal-hazırda qaz açılan binalarda vətəndaşların müraciətləri əsasında heç bir maneə olmadan abonentləri sayğacla təmin edirik.

Ruslan Əliyev onu da əlavə edib ki, təchizatçı müəssisənin icazəsi və iştirakı olmadan hər hansı abonentin qazının kəsilməsi qanunvericiliyin tələbini pozur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər