9 C
Baku
Friday, December 13, 2024

Azəriqaz: Yanvarda abonentlərin 98%-i limit həcmini keçməyib

Ötən ay abonentlərin 98 faizi 1200 kubmetrlik qaz limiti həcmini keçməyib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin sözlərinə görə, ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 min 628 abonent olub ki, bu da birliyin ümumi abonentlərinin sayının 2.1%-ini təşkil edib.

Baş direktor ötən ay ölkə üzrə 32 kənddə qazpaylayıcı xətlərin çəkilməsinə başlanıldığını da qeyd edib. Bildirilib ki, çəkilən qaz xətlərinin ümumi uzunluğu 13.7 kilometr təşkil edib və bunun da 1 kilometri Bakı şəhərində həyata keçirilib. Digər 12.7 kilometr qaz xətləri regionlarda çəkilib.

Son xəbərlər
Digər xəbərlər