12 C
Baku
Wednesday, December 11, 2024

“Azəriqaz”ın əhali abunəçilərinin sayı 2,5 milyonu ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 50 479 yeni abonent qeydiyyata alınıb.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin ayında “Azəriqaz”ın abonentlərinin ümumi sayı 2 milyon 561 min 740-a çatıb: “Bunun 2 milyon 520 min 082-si əhali sektoru üzrə, 41 858-i isə qeyri-əhali sektoru üzrə abonentlərdir”

“Azəriqaz”ın rəsmisi həmçinin bildirib ki, bu il qeyri-əhali sektoru üzrə 415 məscid və dini məbədin hər birinə illik 5 000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər