10 C
Baku
Thursday, December 12, 2024

“Azəriqaz”ın sabiq əməkdaşına işə düzəltmək adı ilə dələduzluq etdiyinə görə cinayət işi açılıb

Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə  rayon prokurorluğuna müraciət ediblər. Prokurorluqda bu müraciətlər əsasında araşdırma aparılıb.

Banker.az xəbər verir ki, bu barədə Qazax rayon prokurorluğunun yaydığı açıqlamada deyilir.

Bildirilir ki, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər
Digər xəbərlər