Dövlət elektrik paylayıcı şirkəti “Azərişıq” “Qlobal-Elektro” MMC ilə kadr nəzarəti və satınalma proqramı alınması üzrə iki müqavilə bağlayıb.
“Qlobal-Elektro” MMC işçilərin gəlişi və gedişini, “Azərişıq” ASC-nin satınalma və sifarişlərinin idarəedilməsinə nəzarət üzrə proqram təminatı təqdim edəcək. Proqramın alınması 1 milyon 33.9 min manata (608.2 min ABŞ dolları) başa gələcək.