14 C
Baku
Monday, May 13, 2024

“Azərişıq” ötən ili xalis mənfəətlə bitirsə də, balansında 314 mln. manat yığılmış zərər qalmaqdadır

Azərbaycanda elektrik enerjisinin pərakəndə satışını həyata keçirən “Azərişıq” ASC 2022-ci ildə 56.26 mln. manatlıq xalis mənfəət əldə edib və bu, öncəki ildən xeyli yuxarıdır.

Banker.az bunu “Azərişıq” ASC-nin KPMG audit şirkəti tərəfindən aparılmış audit hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, dövlət şirkətinin gəlirəri 1 mlrd. 540.47 milyon manat olduğu halda, satışın maya dəyəri 1 mlrd. 318.84 mln. manat olub. Bu da onun ili 221.63 mln. manat ümumi mənfəətlə bitirməsinə səbəb olub. 2021-ci ildə enerji şirkətinin ümumi mənfəəti 162.73 mln. manat idi.

Bununla belə, şirkətin paylama xərcləri 54.56 mln. manat (2021: 46.76 mln. manat), inzibati xərcləri 91.93 mln. manat (75.35 mln. manat) olub.

Beləliklə, bütün xərclər və gəlirlər fərqindən 56.26 mln. manatlıq xalis mənfəət əldə edilib. 2021-ci il üzrə xalis mənfəət cəmi 12.67 mln. manat idi. Bu, illik müqayisədə 4.4 dəfədən çox artımdır.

Bu xalis mənfəətdən sonra balansındakı yığılmış zərərin həcmi 369.59 mln. manatdan 313.89 mln. manata düşüb.

1 yanvar 2023-cü il tarixinə “Azərişıq” ASC-nin cəmi aktivlərinin həcmi 10% illik müqayisə ilə artmaqla 2 mlrd. 916 mln. manat təşkil edib. Dövlət şirkətinin öhdəliklərinin  həcmi 698.65 mln. manatdan 696.13 mln. manata düşüb.

234242342243

 

 

1

2 1

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər