“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “SMCS” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Şuşa rayonu Aşağıquşçu, Yuxarıquşçu və Qaybalı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 069 439 manatdır.