“Azərişıq” Xocavənddə elektrik şəbəkələrinə 19 milyon manat xərcləyəcək

“Azərişıq” Xocavənddə elektrik şəbəkələrinin yenidən qurulmasına 18.9 milyon manatdan çox vəsait ayırır.

Banker.az xəbər verir ki, “Azərişıq” ASC Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) şəbəkəsi ilə tam yenidən qurulması və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə keçirdiyi iki iri tenderə yekun vurub.

Açıqlanan rəsmi məlumatlara əsasən, hər iki satınalma müqaviləsi üzrə ümumi maliyyə həcmi 18 942 757 manat təşkil edir.

Birinci tender çərçivəsində Xocavənd rayonunun Ağkənd, Qarakənd, Yenikənd, Heşan, Xocavənd, Qarazəmi, Quzumkənd, Qarqar, Cütcü, Tağaverd və Arakül yaşayış məntəqələrində elektrik şəbəkəsi yenilənəcək. Bu satınalma müsabiqəsinin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC seçilib və şirkətlə 11 746 464 manat məbləğində müqavilə imzalanıb.

İkinci layihə isə rayonun Güneyxırman, Quzeyxırman, Güneyçartar, Xanoba və Kiş yaşayış məntəqələrini əhatə edir. Sözügedən kəndlərdə elektrik təsərrüfatının tam yenidən qurulması işlərini “Harmony Industrial Construction and Engineering Group” MMC həyata keçirəcək. Bu müqavilənin ümumi dəyəri isə 7 196 293 manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər