22 C
Baku
Friday, April 19, 2024

“Azərkosmos” ötən ay ixracdan nə qədər qazanıb?

Bu ilin yanvar ayında “Azərkosmos” ASC 20 xarici ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nda bildirilib.

Sənəddə deyilir ki, dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib.

Səhmdar cəmiyyətin ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Böyük Britaniya, Fransa, BƏƏ, Almaniya və Gürcüstan olub.

©Report

Son xəbərlər
Digər xəbərlər