“Azərneftkimyaquraşdırma” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 23 sentyabr 2021-ci il saat 16:00-a təyin edilmişdir.
Banker.az xəbər verir ki, gündəlikdə duran məsələlər aşağıdakılardır.
1. Cəmiyyətin 2019-cu ilin yekunlarına dair maliyyə-təsərrüfat nəticələrinin təsdiqlənməsi.
2. Cəmiyyətin 2020-ci ilin yekunlarına dair maliyyə-təsərrüfat nəticələrinin təsdiqlənməsi.
3. Səhmdar cəmiyyətinin səhmdarlarının növbədənkənar və növbəti yığıncağının çağırılması üçün KİV-də elanın verilməsi, ümumi yığıncağın çağırılması barədə bildirişlərin və digər zəruri sənədləşmənin müəssisənin baş mühasibi tərəfindən imzalanması və onun cəmiyyətin möhüründən istifadə səlahiyyətinin təsdiq olunması.
4. Cəmiyyətin İdarə Heyəti sədrinin dəyişdirilməsi və yeni sədrin təyin olunması.
5. Cəmiyyətin Nizamnaməsində Müşahidə Şurasının ləğv edilməsi və Nizamnamənin bu ləğvetmə haqqında yeni layihəsinin təsdiqi.