1 C
Baku
Saturday, December 14, 2024

“Azərpoçt” banka çevrilir

Azərbaycanın poçt operatoru “Azərpoçt” yaxın gələcəkdə banklara məxsus olan bütün xidmətləri göstərmək imkanına malik olacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyinə dair Göstəriş”dən məlum olur.

Sənədə əsasən, “Azərpoçt” banklarda olduğu kimi kredit və debet kartları buraxacaq, eləcə də poçt əmanətləri qəbul edəcək. Bundan başqa, “Azərpoçt”un öz bankomatları və pos-terminalları, burada banklarda olduğu kimi, poçt hesabları da açmaq mümkün olacaq. Poçt operatorunun xaricdə və ölkə daxilində törəmə müəssisələr yaratmaq imkanları da var.

Xezerxeber

Son xəbərlər
Digər xəbərlər