10 C
Baku
Thursday, December 12, 2024

“Azərpoçt” messencerlər üzərindən pulköçürmə xidmətini istifadəyə verəcək

Azərbaycan poçt operatoru “Azərpoçt” MMC istifadəçilərə yeni növ mobil xidmətlər təklif edəcək. 

“Azərpoçt”dan bildirilib ki, hazırda smartfonlar vasitəsilə müxtəlif xidmətlərdən yararlanmaq üçün bir sıra yeni texnoloji həllər nəzərdən keçirilir.

“Ola bilsin, təklif edəcəyimiz həll ayrıca mobil əlavə şəklində deyil, yeni innovativ texnoloji həll olsun, hansı ki, istifadəçilərə bütün növ ödənişlərin aparmasına imkan yaradacaq. Hazırda elə texnoloji həll var ki, “WhatsApp” üzərindən müxtəlif əməliyyatlar, məsələn “Card to Card” xidmətindən istifadə etməyə imkan yaradır. Burada sadəcə smartfonun klaviaturasından istifadə edilir və ayrıca mobil əlavənin istifadəsinə ehtiyac qalmır”, – deyə “Azərpoçt”dan bildirib.

ONA

Son xəbərlər
Digər xəbərlər