22 C
Baku
Tuesday, April 23, 2024

“Azərpoçt”un gəlirləri tarixi rekordu vurmasına rəğmən ili zərərlə bitib

“Azərpoçt” MMC-nin 2018-ci il ərzində gəlirləri 47,12 mln. manat təşkil edib ki, bu da qurumun tarixində ən yüksək göstəricidir.

Son 3 il ərzində – bu göstərici 2015-ci ildə 32,96 mln. manat, 2016-cı ildə 40,01 mln. manat və 2017-ci ildə isə 46,01 mln. manat təşkil edirdi.

Banker.az xəbər verir ki, bu barədə “Azərpoçt”un 2018-ci il üzrə maliyyə hesabatında deyilir.

Ötən il ərzində “Azərpoçt”un xərcləri 47,45 mln. manat təşkil edib. Xərclərinin 23,02 mln. manatı işçi heyətinə çəkilən xərc, 26,63 mln. manatı isə mal-matriala çəkilən xərclər olub.

Göründüyü kimi xərclər gəlirlərini üstələyib və ili 333,46 min manat zərərlə başa vurub.

Bildirək ki, “Azərpoçt” MMC 2015-ci ildə 6 milyon zərər, 2016-cı ildə 5 mln. manat xalis mənfəət və 2017-ci ildə isə 3 mln. manat xalis mənfəət əldə etmişdi.

23342342

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər