Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 115,228 mln. manat təşkil edib.
Şirkətin maliyyə hesabatına istinadənötən il yanvarın 1-i ilə müqayisədə 14,3% çoxdur.
2017-ci ildə “Azərpoçt”un uzunmüddətli aktivləri 1,8% azalaraq 57,098mln. manata düşüb, qısamüddətli aktivləri isə 36,1% artaraq 58,13 mln. manata çatıb.
Ötən il “Azərpoçt”un cəmi öhdəlikləri 25,8% artaraq 57,185 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 9,3% azalaraq 14,273 mln. manat, qısamüddətli öhdəlikləri isə 44,5% artaraq 42,912 mln. manat təşkil edib. Hesabat dövründə şirkətin cəmi kapitalı isə 4,8% artaraq 58,043 mln. manat olub.
2017-ci ildə “Azərpoçt”un göstərdiyi xidmətlərdən gəlirləri 46,011 mln. manat (2016-cı ilə nisbətən 15% çox), xidmətlərinin maya dəyəri 28,383 mln. manat (18,1% çox), digər əməliyyat gəlirləri 2,412 mln. manat (13,5% az), digər əməliyyat xərcləri 17,594 mln. manat (32,1% çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 127 min manat (2016-cı ildə gəlir olub), maliyyə xərcləri isə 632 min manat (2016-cı ildə zərər olub) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Son nəticədə “Azərpoçt” ötən ili 2,952 mln. manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 4,596 mln. manat xalis mənfəətlə çıxmışdı.
Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən “Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,344 mln. manatdır.
fed.az