9 C
Baku
Wednesday, December 11, 2024

“Azərrabitəlayihə”nin direktoru vəzifəsindən azad edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) törəmə müəssisəsi – “Azərrabitəlayihə” MMC-nin direktoru Süleyman Əhmədov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Şükür Məmmədova həvalə olunub.

S.Əhmədov bu vəzifəyə ötən ilin aprel ayıda təyin edilmişdi.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

“Baktelecom”un tərkibində “Azərrabitəlayihə”dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər