-1 C
Baku
Sunday, December 15, 2024

“Azərşəkər”ə əlavə 4.4 milyon manat maya qoyuldu

“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, “Azərşəkər” MMC nizamnamə kapitalını 67 880 000 manatdan 72 280 000 manata qaldırıb.

Belə ki, “Azərşəkər”in nizamnamə kapitalı 4 400 000 manat artırılmış olub.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.

Son xəbərlər
Digər xəbərlər