10 C
Baku
Thursday, December 12, 2024

 “Azərsu” maliyyə hesabatına dair kotirovka sorğusu elan edib

“Azərsu” ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq 2017-ci il ərzində əvəzsiz alınmış əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və 2017-ci il dekabrın 31-nə əsas vəsaitlərin qiymətdəndüşməyə testləşdirilməsi işlərinin satınalınması məqsədilə kotirovka  sorğusu  elan edib.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə (əlaqələndirici şəxs : şöbə rəisi Murad Abışevə

[email protected] +994124314767 (1087) ) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 5 dekabr 2017-ci il saat 15.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda 6 dekabr 2017-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər