“Azərsu” ASC “Nardaran İnvest” MMC, “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı və “Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC birgə müəssisəsi ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ceyranbatan – Maştağa – Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 25.132.868,39 AZN-dir.