15 C
Baku
Wednesday, April 24, 2024

“Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” yeni yaradılan Agentliyin tabeliyinə verildi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Fərmanda əksini tapıb.

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər