6 C
Baku
Saturday, December 14, 2024

“Azərsun Holdinq”in şirkətinin rəhbəri dəyişdirildi

“Azərsun Holdinq” MMC-nin törəmə şirkəti olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri dəyişdirilib.

Banker.az xəbər verir ki, Ceyhun Salmanov Müstəcəb oğlu vəzifəsindən ayrılıb.

Onu bu vəzifədə Mohammad Ali Mahmoodini əvəz edib.

Xatırladaq ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” 2001-ci ildə təsis edilib və 128.6 mln. manat nizamnamə kapitalı var. 21 iyul 2010-cu ildə istismara verilmiş  müəssisə ölkədə yeganə və ilk duz rafinasiya zavodudur. Xammalı Masazır gölündən təmin olunan Azərbaycan Duz İstehsalat Birliyi ölkəni və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək  imkanına malikdir.

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin indiyə qədərki rəhbərləri:

– İsmayıl Əsgər oğlu Moslemzadə

– Mucahit Özden Abdulmecit oğlu Hun

– Namət Zülal oğlu Zamanov

– Ferhat Tugal

– Mehran Rauf oğlu Məmmədov

– Mustafa Cem Bilge

– Ceyhun Müstəcəb oğlu Salmanov

– Mustafa Cem Bilge

Son xəbərlər
Digər xəbərlər