Hamımız bilirik ki, nüfuzsuz işlər mövcuddur ki, onlarla heç kəs məşğul olmaq istəmir. Bəs kim bu işlərdə çalışır? Bəs nəyə görə onlar bu işlərdə çalışırlar?
Çünki bəzi insanlar düşünürlər ki, onlara təhsilləri yüksək maaşlı işdə çalışmağa imkan vermir. Cəfəngiyyat. Bugünkü gündə təhsil əsas rol oynamır, ilk növbədə iş qabiliyyətləri nəzərə alınır. Əgər istəyiniz olsa, sizin hər zaman əlavə təhsil almaq üçün bir çox imkanınız ola bilər. Deməli, əgər insan az maaşlı işə razılaşırsa, deməli bu iş onlara sərf edir. Məsələn:
Xarici şirkətin katibi işdən çıxır və ümumtəhsil məktəbində işə düzəlir. Həmin insan xarici şirkətdə təxminən 700 manat maaş alırdısa, məktəbdə 200 manat əmək haqqı alacaq.
Təbii ki, bu insanın belə bir addımına hər kəs təəccüblənir. O, isə özünə haqq qazandırmaq üçün primitiv arifmetik hesablamalara əsaslanaraq bu işin ona sərf etdiyini deyir.
Lakin bəlkə də həmin insan xarici şirkətə etibar etmədiyi üçün və təqaüdə çıxacağı dövrü nəzərə alaraq bu addımı atmışdı. Deməli, onun anlamında bu iş ona sərf edir.