10 C
Baku
Thursday, December 12, 2024

Az xərcləmək üçün nağd pulla ödəniş edin!

Sən demə, ödəniş vasitəsi nə qədər pul xərclədiyimizə təsir edir. Alimlər belə qənaətə gəlmişlər, ki, insanlar nağd pulla ödəniş edərkən öz xərclərinə daha düşüncəli yanaşırlar.

İstehlakçıların maliyyə cəhətdən qorunması agentliyinin (Consumer Financial Protection Bureau) dəstəyi ilə həyata keçirilən son araşdırmaya görə, nağd pulla ödəniş edərkən daha az pul xərcləməyə meyilliyik.

Brett Theodos, Christina Plerhoples Stacy və Margaret Simms tərəfindən həyata keçirilən araşdırmada borcu olan 14 min kredit kartı istifadəçisi iştirak edir. Eksperimentin məqsədi nağd ödənişlərlə edilən adi ödəniş prinsipinin insanların kart üzrə borcluluq səviyyəsinə necə təsir etdiyini araşdırmaq idi. Araşdırmaçılar iki qayda təyin etdi.

Birinci qayda ondan ibarət idi ki, iştirakçılar 20 dollardan ucuz olan alış-veriş üçün yalnızca nağd pul ilə ödəniş etməli idi. İkinci qaydaya uyğun olaraq isə araşdırmaçılar mütəmadi olaraq araşdırma iştirakçılarına xatırladırdılar ki, kredit kartı ilə ödəniş etmək aldıqları əşyaya görə 20% artıq ödəməklərinə səbəb ola bilər. Bu xatırlatma onlara email şəklində göndərilir və banner reklamı kimi nümayiş etdirilirdi.

Araşdıranın nəticələrinə görə, yarım il ərzində görülən bütün bu fəaliyyətlər iştirakçıların kredit üzrə borc səviyyəsini endirir. Orta hədlə fərq 104 dollar təşkil edirdi. 6 ay üçün bu məbləğ kiçik görünə bilər. Lakin mütəmadi olaraq kredit borcları üçün faiz ödədikdə bu məbləğ kifayət qədər əhəmiyyətə malik olur.

Bundan əlavə, 2012-ci ildə aparılan araşdırmaya görə insanlar kredit kartı ilə ödəniş edərkən məhsulları qiymətinə görə deyil, onların xarakteristikasına görə dəyərləndirmiş və əksər hallarda artıq pul ödəmişlər.

Alimlər daha əvvəl belə qənaətə gəlmişdilər ki, nağd pul ödəyərək alınan əşyalar adətən bizim üçün böyük dəyərə sahib olur. Beləliklə, alış-veriş faktını daha yaxşı hiss edirik.

Bir neçə eksperiment gedişində araşdırmaçılar kart və nağd ödənişin effektini müqayisə etmişlər. Bu eksperimentlərin birində iştirakçılar dyəri 2 dollar olan fincanı müxtəlif ödəniş vasitələri ilə alırlar. Daha sonradan araşdırmaçılar onlardan həmin fincanı satmağı təklif etmiş və həmin fincan üçün fərdi şəkildə qiymət təyin etməyə icazə vermişlər. Nəticədə, fincanları nağd şəkildə alan iştirakçılar orta hədlə fincan üçün 3 dollar tələb etmişlər. Fincanı kredit kartı ilə əldə edənlər isə daha aşağı qiymətlər təklif edib.

Araşdırmanın digər mərhələsində onlardan 5 dollar xeyriyyə məqsədilə ianə vermək tələb edilir. Məbləği nağd şəkildə təqdim edən şəxslər bu fəaliyyətdən daha çox məmnunluq hissi duymuşlar.

Psixoloqlar belə hesab edirlər ki, bu halda insanlar öz vəsaitlərindən ayrıldıqları üçün müəyyən mənada həyəcan və narahatlıq keçiri. Bu səbəbdən də, nağd pul ilə alınan məhsul və əşyalar onlar üçün böyük əhəmiyyətə və dəyərə sahib olur.

Son xəbərlər
Digər xəbərlər