“Qafqaz İnkişaf Bankı” ASC-nin ləğv edilməsi prosesi bu ilin sonuna qədər yekunlaşacaq.
Bu barədə bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, “Qafqaz İnkişaf Bank”ın bütün kreditorları pullarını tam alacaqlar: “Bu bankın kreditorları digər bağlanmış banklarla müqayisədə şanslıdır”.
A.Cavadov onu da qeyd edib ki, “Qafqaz İnkişaf Bankı”da vəziyyət yaxşı olduğu üçün Kreditorlar Komitəsinin aktiv fəaliyyətinə, ona sədr və iclasa katib seçilməsinə də ehtiyac yoxdur: “Bu bankla işimizi tezliklə yekunlaşdırmaq niyyətindəyik. Ola bilsin ki, portfeli hansısa banka, məsələn “PAŞA Bank”a ötürək, onlar idarə etsin”.
Onun sözlərinə görə, bankın öhdəlikləri 85 mln. manatdır: “Bunun 41,3 mln. manatı Azərbaycan Mərkəzi Bankı qarşısında olan öhdəlikdir, qalan hissəsi isə digər fiziki və hüquqi şəxslərin alacaqlarıdır. Bundan sonra onlara 22 mln. manat pul ödənilməlidir”.
Bu gün Report agentliyinin yaydığı məlumata əsasən, ləğvetmə prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarının bir qismi məlum olub.
Kreditorlarının bir qismi açıqlanıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC, “PAŞA Holdinq”ə daxil olan “PAŞA Bank”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər və “Amrah Sığorta” ASC-dir.
Qeyd edək ki, bu gün “Qafqaz İnkişaf Bankı”ında yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir. İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub. İclası ADIF-in icraçı direktoru Azad Cavadov aparır.