10 C
Baku
Friday, December 13, 2024

Azad edilmiş ərazilərdə 5 mln. manatadək kreditlər subsidiyalaşdırılacaq

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpası və investisiya qoyuluşlarının sürətlənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu bölgədə fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi yaradılıb.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”sosial şəbəkəsində paylaşım edib.

“Sahibkarlar “Elektron kredit zəmanət” informasiya sistemi vasitəsilə dəstək mexanizmindən faydalana bilərlər:

5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti;

Həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndinin 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılması.

Kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddətinin tətbiqi” – deyə Mikayıl Cabbarov paylaşımda bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər