Hazırda xaricdə müalicə edilən gənclər və idman naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.
Bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
Nazir müavininin sözlərinə görə, A.Rəhimovun səhhəti yaxşıdır: “Nazirlə dünən danışmışam. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”.