Fevralın 5-dən etibarən AZAL-ın Bakıdan Cenevrəyə J2-5009/J2-5010 reysləri yenilənmiş uçuş cədvəli üzrə həftədə iki dəfə yerinə yetiriləcək.
Banker.az report.az-a istinadla məlumat verir ki, həmin tarixdən etibarən hər çərşənbə axşamı Bakıdan uçuş yerli vaxtla səhər saat 07:00-da, Cenevrəyə eniş yerli vaxtla saat 09:00-da həyata keçiriləcək. Cenevrədən uçuş yerli vaxtla səhər saat 10:00-da, Bakıya eniş yerli vaxtla saat 17:45-də həyata keçiriləcək.
Cümə günləri isə Bakıdan uçuş yerli vaxtla saat 06:30-da, Cenevrəyə eniş yerli vaxtla saat 08:25-də; Cenevrədən uçuş yerli vaxtla saat 09:25-də, Bakıya eniş yerli vaxtla saat 17:10-da yerinə yetiriləcək.
AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində üç xidmət sinfi – VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetirilir.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçirilir.