15 C
Baku
Friday, April 26, 2024

AZAL aviabiletlərini 14 müxtəlif valyutada satır

2018-ci ildə Azərbaycan Mərkəzi Bankının yaratdığı “Banklararası Kart Mərkəzi”nin (BKM) imkanlarından istifadə edilərək banklar arasında tariflərə (interçeync) yenidən baxılıb və “ASAN Xidmət” mərkəzlərində Hökumət Ödəniş Portalı üzərindən aparılan əməliyyatlar üzrə tariflər ləğv edilib.

Report agentliyi bu barədə Portala istinadən xəbər verir.

Məlumatda deyilir ki, ölkədə emissiya edilmiş ödəniş kartları ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aviabiletlərinin 14 müxtəlif valyutada satışına imkan yaradılıb.

Ötən il BKM üzərindən 10,4 milyon kart əməliyyatı aparılıb, əməliyyatların məbləği 990 milyon manat, 5,4 milyon ABŞ dolları və 2 milyon avro təşkil edib. 2017-cı illə müqayisədə manat əməliyyatlarının məbləği 38,3%, dollar əməliyyatlarının məbləği 55,55%, avro əməliyyatlarının məbləği isə 65% artıb. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər